Rusiyanın üç telekanalının Ermənistanda yayımına icazə verilib

img

27-01-2021 [18:18]


Rusiyanın üç telekanalına paytaxt Yerevanda, birinə isə Ermənistan üzrə yaxın 7 il ərzində yayımına uyğun lisenziya almadan icazə verilib.

“Novosti Armeniya” xəbər verir ki, bunu Ermənistanın Teleradio üzrə Milli Komissiyasının sədri Tiqran Akopyan yanvarın 27-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “RTR-Planeta”, “Rossiya-Kultura” və “Birinci kanal” Yerevan ərazisində, “RTR-Planeta” isə Ermənistan üzrə yayımlanacaq: “Mir” telekanalı isə heç bir müsabiqədə iştirak etmir. O, Yerevanda dövlətlərarası müqaviləyə əsasən yayımlanır. Rusiya telekanalları bundan sonra əvvəllər tələb edilməyən bir sıra şərtlərə əməl etməlidir. Aprelin 24-də əyləncəli verilişlər yayımlamamalı, seçki prosesinə müdaxilə etməməli, Ermənistanda fövqəladə və hərbi vəziyyət rejiminə hörmət etməlidir”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR