Prezidentin köməkçisi: "Azərbaycan-Türkiyə münasibətləri daha da güclənəcək"

img

27-01-2021 [15:35]


“Azərbaycanla Türkiyə arasındakı olan əlaqələr sıradan əlaqələr deyil. Bu, stabil bir əlaqələrdir. Qardaşlıq əlaqələridir”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Əminliklə deyə bilərəm ki, qarşıdan gələn on illiklərdə, yüz illiklərdə də Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətləri davam edəcək və daha da güclənəcək”, - H.Hacıyev bildirib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR