Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində tarixi abidələr aşkar edildi - FOTOLAR
25-01-2021 [18:07]
Ötən ilin dekabr ayında Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğuna (Keşikçidağ DTMQ) çəkilən avtomobil yolunun inşası zamanı tarixi abidə ehtimal edilən bir sıra tapıntılara rast gəlinib.
Bu barədə Mia.az-a veirlən məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tarixi abidə ehtimal olunan obyektlərin rast gəlindiyi yolun 12-14 km-lik zolağında inşaat işlərinə müvəqqəti fasilə verilmiş, Keşikçidağ DTMQ-nin, Azərbaycan Respubikası Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında məsləhətləşmələr aparılmışdır.
Nəticədə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov əraziyə ezam olunmuşdur. Göstərilən ərazidə Keşikçidağ DTMQ-nin maddi-texniki dəstəyi ilə arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılmışdır.
Cari günədək yolun müvafiq zolağında biri 5 kv.m olmaqla 114 kvadratlardan ibarət və 2850 kv.m ümumi sahəsi olan arxeoloji kəşfiyyat ərazisi yaradılmışdır. İnşa ediləcək yolun həmin qeyd edilmiş zolağında yaradılmış tədqiqat sahəsindəki 5,6,15,17,19,20,22,23,58,63,110,111,113,114 saylı kvadratlarında tarixi əhəmiyyəti olan obyektlər aşkar edilmişdir. Bunların içərisində 5,6,15,17, 58,63,110,111,113,114 saylı kvadratlarda əraziyə kənardan gətirilmiş və qədim maldar əhalinin sakral xarakterli səcdəgahı olan sal daşları göstərmək olar. 19, 20, 22, 23-cü kvadratlarda dördbucaqlı tikilinin sal daşlardan düzəldilmiş divarlarının bir hissəsi aşkar edilib. Ehtimala görə, bu, ərazidəki ibadətgahın qalıqlarıdır. Tikilinin döşəməsinin mərkəzində ortası oyulmuş üçbucaq formalı sitayiş daşı aşkar edilmişdir.
Aparılan arxeoloji tədqiqat və xilasetmə işləri zamanı inşa edilən yolun üzərində və ona bitişik ərazidə 6 daş örtüklü kurqan aşkar edilmişdir. Şəraitə uyğun olaraq abidələrdə geodezik ölçmə və qeydiyyat işləri aparıldı. “Qaltan dərəsi” adlanan ərazidə tədqiq edilmiş kurqanların birində daş örtük altında 4 daş qutu qəbir aşkar edilmişdir.
Qaltan dərəsi 2 saylı kurqanda daş örtüyü altında, təqribən 1.2 m dərinlikdə son tunc dövrü üçün xarakterik olan torpaq dəfn adəti (üzü şərqə tərəf, sıx bükülü pozada dəfn, keramik məmulat, tuncdan əmək alətləri, qəbirə qoyulmuş və “o dünyaya yolda azuqəlik” kimi nəzərdə tutulan ev heyvanlarının bişirilmiş hissələrinin sümük qalıqları) qeydə alınmışdır.
“Karvan dərəsi” adlanan ərazidə yol üzərində olan və müxtəlif dövrlərdə daş örtükləri zədələnmiş dörd kurqan tipli abidələrdə xilasetmə işləri aparılmışdır. Nəticədə, qeyd edilən kurqanların birində qədim dövrlərdə talan məruz qalmış daş qutu qəbirə rast gəlinmişdir. Digər üç kurqanda aparılmış arxeoloji xilasetmə işləri zamanı zəngin dəfnlər aşkar edilmişdir. Burada əsasən dəfni müşayət edən müxtəlif tipli keramik məmulat (dopu və küpələr), tuncdan az ölçülü yarpaqvari xəncər tiyələri, azuqə qalıqları qeyd olunub.
Kurqanların dəfn kameralarından aşkar edilmiş keramik material, həmçinin, yarpaqvari xəncər tiyələri, qeyd olunan abidələrin son tunc dövründə Azərbaycan ərazisində mövcud olmuş Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin erkən mərhələsinə (təqribən, e.ə. XIV əsrə) aidiyyatı barədə ilkin rəyin irəli sürülməsinə əsas verir. Eyni zamanda Keşikçidağ DTMQ ərazisində müxtəlif dövrlərə aid kurqan tipli qəbir abidələrinin də mövcud olması qeyd edilməlidir.
Tapıntılardan radiokarbon və izotop analizlər üçün nümunələr seçilmişdir. Tədqiq edilmiş tarixi abidələrin və yer səthindən toplanmış tapıntıların, həmçinin, ərazinin “Sarıyoxuş dərəsi” adlanan ərazisində 8 kurqan tipli qəbir abidəsinin, “Hasarlı qədim yaşayış düşərgəsi” kimi şərti adlandırılmış qədim insanların fəaliyyət izlərini özündə daşıyan sahənin GPS koordinatları götürülmüş, foto və video çəkilişlər aparılmışdır.
Aşkar edilmiş keramik məmulatlar bərpa üçün mütəxəssislərə təqdim ediləcəkdir.
Ceyrançöl zolağının Keşikçidağ DTMQ ərazisinə düşən hissəsi tariximizin müxtəlif dövr abidələri, xüsusilə kurqan tipli qədir abidələri ilə zəngindir. Özündə Sarıyoxuş, Karvan, Qaltan və d. dərələri birləşdirən, yazısız tarixi dövr abidələrilə zəngin bu ərazini Ceyrançöl zolağında xüsusi qeyd etmək baxımından əraziyə
“Keşikçidağ kurqanlar vadisi” şərti adının verilməsi məqsədəuyğun hesab edilmişdir.
Ümumiyyətlə, Keşikçidağ DTMQ ərazisinə daxil olan Keşikçidağ kurqanlar vadisi qarşıdakı illər üçün mütəmadi arxeoloji tədqiqatlar perspektivinə və turizmin inkişafı üçün böyük potensiala malikdir.
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb
Çempionlar Liqasında nəhəng komanda və məşqçilərin döyüşü: "Real Madrid" penaltilərlə rəqibini "yedi"
Çempionlar Liqası: "Bavariya" ingilis klubuni əliboş yola saldı
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib
“AFB Bank” zərər edib
Rəsmi Moskvadan sülhməramlıların Azərbaycandan vaxtından əvvəl çıxarılması haqda - Açıqlama
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib
Azərbaycanda film kimi olay: kişi evli ola-ola başqası ilə nigaha girib - "İkinci qadın vərəsə ola bilməz"
Sabiq deputat Hadı Rəcəbli 76 yaşında qəfil vəfat edib - Səhərə yaxın... (Yenilənib)
Qəzzada ölənlərin sayı hər gün artır
İstanbulda azərbaycanlı azyaşlı qız kimsəsiz kimi xəstəxanaya yerləşdirilib - Konsulluq və İşçi Qrupu nə işlə məşğuldur?
9 milyon manatlıq mənimsəmə... - “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbərinin cinayət işi yekunlaşıb
Yeni Ədliyyə naziri adaşını vəzifədən çıxardı - DİN-in şöbə rəisi nazirliyə gətirildi (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlandı
Tofiq Quliyev Avropa çempionu olub