Rusiya xüsusi təyinatlılarına qarşı aksiyada təkbaşına vuruşan 20 yaşlı çeçen tələbə... - Kadırovun müşavirindən maraqlı müraciət + VİDEO
25-01-2021 [13:48]
Rusiyanın müxalifət lideri Aleksey Navalnının tərəfdarlarının yanvarın 23-də paytaxt Moskvada keçirdiyi mitinqdə çeçen əsilli gənc Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) bir neçə əməkdaşlarına qarşı təkbaşına əlbəyaxa davaya çıxıb.
Davanın videosu sosial şəbəkələrdə geniş yayılıb.
Belə ki, Moskva Dövlət Universitetinin tələbəsi, 20 yaşlı Səidməhəmməd Cumayev onu saxlamağa çalışan xüsusi təyinatlı polis dəstəsinin 4 üzvünə təkbaşına müqavimət göstərərək onlara bir neçə zərbə endirib.
Mia.az Report-a istinadla xəbər verir ki, video sosial şəbəkələrdə yayılandan sonra Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun müşaviri, Dövlət Dumasının deputatı Adəm Dəlimxanov instaqramda həmin çeçen gəncə videomüraciət edib:
“Bildiyiniz kimi, Moskva və digər bölgələrdə şeytanlar mitinqlər edir... Hamımız sosial şəbəkədə çeçen gəncin dövlət işçilərinə qarşı yumruq atdığını görmüşük. Sənin etdiyin cinayətdir... Çünki Navalnı kimi kişinin kişi ilə evlənməsini normal sayan insanlar bizə uyğun deyil və uyğun olmayıb da. Biz sənin atan ilə danışmışıq. Əgər sən bu mövqeyi qəbul etmirsənsə, əgər igidlik, çeçen, müsəlman mövqeyini seçirsənsə, sən mesaj qutusuna yazar və ya bizimlə, mənim dostlarımla əlaqəyə girərsən... Əgər sən onların mövqeyini qəbul edirsənsə, heç kimdən qaçmamalı, sonacan onların arxasınca getməlisən. Səninlə və sənin mövqeyini paylaşanlarla necə davranacağımızı bilirik. Yox, əgər onların mövqeyini qəbul etmirsənsə, bizim padişahımız Hacı Ramzan (Ramzan Kadırovu nəzərdə tutur - Red) sən ortaya çıxan kimi, qanunla bağlı məsələdə sənə kömək edəcəyini bildirib”.
Xatırladaq ki, yanvarın 18-də Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, Rusiya müxalifətinin lideri Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir.
A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 85 milyondan çox izlənib və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb. Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin Avropanın bir çox şəhərlərində kütləvi mitinqlər keçirilib. Hüquq-mühafizə orqanları mitinqin razılaşdırılmadığını əsas gətirərək nümayişçilərə qarşı sərt müdaxilələr edib, minlərlə insanı həbs olunub.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"