Xırdalanda qohumlar arasında dava: kişiyə 4 bıçaq zərbəsi vuruldu

img

23-01-2021 [23:27]


Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Xırdalan şəhərində qeydə alınıb.

Qohumlar arasında düşən mübahisə sonda bıçaqlanma ilə nəticələnib.

Bıçaq zərbələri alan 1982-ci il təvəllüdlü Süleymanov Yəhya Rafiq oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun döş qəfəsi və qarın boşluğunda 4 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hadisənin təfərrüatı rayon polisi tərəfindən araşdırılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA