Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə!
23-01-2021 [18:03]
Müasir texnologiyaların və biznes həllərin köməyilə abunəçilərinin gündəlik rabitə ehtiyaclarını rahat şəkildə qarşılamağı hədəfləyən ölkənin lider mobil operatoru “Azercell Telekom” hazırda bütün mümkün platformalar üzərindən xidmət spektrini davamlı şəkildə genişləndirir.
Bu barədə şirkətdən Mia.az-a verilən məlumata görə, 2020-ci ilin böyük hissəsini əhatə edən sosial təcrid şəraitinə baxmayaraq, Azercell-in müxtəlif xidmət kanalları müştəri müraciətlərini daha intensiv və operativ cavablama sistemini tətbiq edərək bu sahədə yüksək göstəricilərə nail oldu.
Beləliklə, 2020-ci ildə Azercell-in Telefon Mərkəzinə ümumilikdə 3,950,821 zəng daxil olmuş, bunlardan 95%-i cavablandırılmış, onlayn müştəri xidmətləri üzərindən 449,337 sayda sorğu daxil olmuş və bunların 98%-i cavablandırılmış, Premium dəstək xəttinə daxil olmuş 119,602 müraciətin isə 96%-i cavablandırılmışdır. Qeyd edək ki, Telefon vasitəsilə daxil olmuş müraciətlərin ortalama cavablama müddəti təxminən 2 dəqiqə təşkil edir ki, bu da çox yüksək göstərici nümunəsidir. Azercell-in Telefon Mərkəzi üçün 2020-ci ildə müştəri məmnuniyyəti səviyyəsi 94% təşkil edib. Azercell şirkətinin il ərzində rəsmi Facebook, Instagram, Twitter, Youtube və Linkedin səhifələrindən toplam 134,350 müraciət daxil
olaraq əməkdaşlar tərəfindən cavablandırılmışdır. Fərqli kanallar vasitəsilə daxil olan müraciətlər əsasən mobil internet xidmətləri, balans barədə məlumat, ödəmə, xidmətlərə qoşulma və s. ilə bağlı olub. Bundan əlavə, 2020-ci il ərzində şirkətin Ön Masa, Azercell Ekspres, Azercell Eksklüziv ofislərində, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə 949, 292 nəfər abunəçiyə üz-üzə xidmət göstərilib. Qeyd etmək yerinə düşər ki, 44 günlük Vətən Müharibəsi zamanı gücləndirilmiş və gərgin iş rejiminə baxmayaraq, Azercell əməkdaşlarının səyi nəticəsində bütün kanallar vasitəsilə xidmət keyfiyyəti ən yüksək səviyyədə saxlanıldı.
Belə ki, ən son statistikaya əsasən onlayn kanallar vasitəsilə daxil olmuş müraciətlər 100% cavablama göstəricisinə qədər yüksəlib. Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan uzunmüddətli sərt karantin rejimində Azercell Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib, yaşı 65-dən yuxarı olan abunəçilərə isə Səyyar Müştəri Xidmətləri tərəfindən pulsuz xidmət təqdim olunub.
Şirkət sosial şəbəkələr üzrə müştərilərə göstərilən xidmət səviyyəsi, müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb. Azercell-in istifadəyə verdiyi “Kabinetim” tətbiqi isə müştəri məmnuniyyətinin artırılması, şikayətlərin dərhal həlli istiqamətində atılmış böyük addımlardan biri olub. Azercell şirkəti ölkədə qurduğu Müştəri Xidmətləri sisteminin ən yüksək dünya standartlarına uyğun olduğunun nümunəsi kimi ISO 18295:2017 və ISO 10002:2018 beynəlxalq sertifikatlaşma standartlarına da layiq görülüb.
ISO 18295:2017 bilavasitə Müştərilərlə Əlaqə Mərkəzlərinin İdarə edilməsi Sahəsində Beynəlxalq Sertifikat, ISO 10002:2018 isə Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq sertifikatlardır. “Azercell Telekom” MMC bundan sonra da müştəri xidmətləri və müştəri məmnuniyyətinin ən yüksək standartlara uyğunluğu və abunəçi sorğularının çevik və rahat şəkildə cavablandırılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Diplomatik korpusların nümayəndələri Qubadlı rayonuna səfər ediblər
BMT-nin baş katibi: "Pandemiya dünyada qadınlara qarşı şiddət epidemiyasının yayılmasına səbəb olub"
Azərbaycanlı rəqqasə qarlı havada soyundu - VİDEO
Fransanın Bakıdakı səfiri Qarabağdakı dağıntılar barədə suala belə cavab verdi: "Müharibə vaxtı belə şeylər baş verir”
Sabahın hava proqnozu açıqlandı
Nazir komandiri azad etdi, yeni təyinat imzaladı - DYP sistemində növbəti dəyişiklik
Sahil Babayev sığorta ödənişləri ilə bağlı qərar verib
"Kurtlar Vadisi”nin yeni çəkilişlərinə hazırlıq görülür
İqtisadçıdan komitə sədrinə açıq sual: "Bu məsələdə mübahisəyə yer yoxdur, sual budur ki..."
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi açıldı: "Ermənistanla sərhəd ən yüksək səviyyədə qorunur" - FOTOLAR
Rusiyada daha 11022 nəfərdə koronavirus aşkarlanıb
Prezidentin köməkçisi: "Ermənilər bütün müsəlmanların dini hisslərini təhqir ediblər”
“Oba" marketlər şəbəkəsi yararsız məhsullar satırmış... - Dövlət Agentliyi şok məlumat yaydı
Müdafiə Nazirliyi Zəngilandan yeni görüntülər yaydı - VİDEO
Cəlilabadda polis əməliyyatı: Bakı sakininin maşınından 8 kq-a yaxın narkotik çıxdı
Prezident bu qadınları təltif etdi - TAM SİYAHI
İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Gürcüstanda daha 355 nəfər virusa yoluxub, ölənlər var
Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşdı
Diplomatların Füzuli, Qubadlı və Laçın rayonlarına ziyarəti başlayıb - Hikmət Hacıyevdən açıqlama + FOTO
Türkiyənin nəzarətində olan Suriyanın iki bölgəsi eyni anda raket atəşinə tutuldu: 3 mülki şəxs ölüb, 28-i yaralanıb - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Məmməd Əmin Rəsulzadənin anım günüdür...
Türkiyədə COVİD-19: daha 11302 nəfərdə virus aşkarlanıb
Ramiz Mehdiyev, Dilarə Seyidzadə, Misir Mərdanov... - Onlar YAP-da yeni qurumun üzvləri oldu + SİYAHI
Prezident Tofiq Nağıyevlə bağlı sərəncam verdi
Gəncədə miktoavtobus aşıb, yaralılar var
Naxçıvanda bu qadınlar təltif edildi - SİYAHI
Vəkil olmaq istəyən 271 namizəddən 159 nəfər imtahandan uğur qazanıb
Ərdoğan Merkellə videokonfrans formatında görüşüb
BİZ NƏ ÜÇÜN XƏSTƏLƏRƏ “ALLAH ŞƏFA VERSİN” DEYİRİK?
Dünya və Avropa çempionu YAP İdarə Heyətinə üzv seçildi
Rıdvan Dilmen məhkəməyə üz tutacaq
Nazirlik ötən ay diplomların tanınması barədə 70 müraciətə mənfi cavab verib - Səbəb
Prezident İlham Əliyev yeni fərman imzaladı
Gürcütanda koronavirusun Britaniya ştammına 31 nəfər yoluxub
"Yalnız bir adam ayırıblar ki, “dədə-baba qaydası” ilə zənglərə cavab versin..." - Qulu Məhərrəmlidən İnstitut rəhbərliyinə sərt ittihamlar
Cavanşir Paşazadə, Musa Musayev, Məlahət İbrahimqızı... - YAP-da onlara da yeni vəzifə verildi + SİYAHI
İlham Əliyev, Mehriban Əliyeva, Eldar Əzizov, Vasif Talıbov... - Onlar YAP-ın İdarə Heyətinin üzvləri seçildi + TAM SİYAHI
"Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik" - İlham Əliyevdən siyasilərə mesaj
Yas mərasimi yarımçıq dayandırıldı - İştirakçılar cərimələniblər