Şəhid əsgər Gəncədə dəfn olunub - FOTO

img

23-01-2021 [16:14]


Vətən müharibəsində şəhid olan İbrahimov Murad Gəncədə dəfn olunub.

Məlumata görə, 44 günlük Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1993-cü il təvəllüdlü İbrahimov Murad Valeh oğlunun nəşi Gəncə şəhərinə gətirilib. 

Şəhidin yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra şəhid Gəncədəki şəhidlər xiyabanına aparılıb. 

Şəhidlə vida mərasimində ailəsi, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, millət Vəkili Naqif Həmzəyev, Türkiyənin Gəncədə baş konsulu Zəki Öztürk, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

Şəhid M. İbrahimov Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, M. İbrahimov Vətən müharibəsində itkin düşən 50 hərbçilərdən biri idi/APA.

Allah rəhmət eləsin!

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı