Emin Əmrullayevdən ali təhsillə bağlı daha bir - İzahat

img

23-01-2021 [14:10]


"Dünən Milli Məclisin “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədi ilə yaradılan işçi qrupunun görüşündə bir sıra maraqlı təkliflər müzakirə edildi. Dövlət təhsilin bütün pillələrində olduğu kimi, hər bir vətəndaşın ali təhsil almaq hüququnu dəstəkləyir".

Mia.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində yazıb.

Nazir bildirib ki, müxtəlif sosial-iqtisadi qruplara aid olan vətəndaşların ali təhsil pilləsində təhsilini davam etdirməsi dövlətin təhsil siyasətinin əsas hissəsidir: "Son 5 ildə ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin sayının 36% artması, dövlət sifarişi yerlərinin 92,2% artması bu siyasətin bariz nümunəsidir.

Ali təhsilin daha da əlçatan olması üçün müxtəlif üsulların tətbiq edilməsinin tərəfdarıyıq. Bu istiqamətdə yüksək peşə təhsilindən ali təhsilə keçid, əlavə təhsil imkanlarının artırılması, maliyyələşmənin müxtəlifliyini təmin etmək üçün dövlət sifarişi ilə yanaşı ayrı-ayrı fondlar, adlı təqaüd proqramları, təhsil kreditləri və digər alətlərin tətbiqini məqsədəuyğun hesab edirik.

Təhsil Nazirliyi olaraq təhsil siyasəti ilə bağlı olan mövzuları ictimaiyyətlə müzakirə etməkdə, ictimai rəyi nəzərə almaqda maraqlıyıq və bu prosesi çox faydalı hesab edirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR