Belarus daha bir yarışdan məhrum edildi

img

22-01-2021 [20:07]


Bu il müasir pentatlon üzrə dünya çempionatı Belarusda təşkil olunmayacaq.

Beynəlxalq Müasir Pentatlon Birliyinin (UIPM) verdiyi məlumata görə, ölkə 7-13 iyunda Minskdə planlaşdırılan yarışı keçirmək hüququndan məhrum edilib.

Müvafiq qərar Belarusdakı siyasi hadisələrlə əlaqədar qəbul olunub. Bildirilib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış eyni tarixdə, amma başqa ölkədə təşkil olunacaq.

Qeyd edək ki, Belarus daha əvvəl büzüstü xokkey üzrə dünya çempionatını keçirmək hüququndan məhrum edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA