Ramiz Mehdiyev onları vəzifədən çıxardı, sabiq nazirə yeni vəzifə verdi - AMEA-da növbəti dəyişikliklər

img

22-01-2021 [20:12]


AMEA-da yeni təyinatlar olub.

Məlumata görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Radiasiya Problemləri İnstitutunun Elmi işlər üzrə direktor müavini Hökmən Mahmudov, Baş mühasib Şəfa Qasımzadə, Kadrlar İdarəsinin rəisi Lətifə Qocayeva vəzifələrindən azad olunublar. 

Bundan başqa Arif Həşimov Fizika İnstitutunun baş direktoru, fizika üzrə elmlər doktoru Anar Rüstəmov institutun icraçı direktoru, akademik Əli Abbasov (sabiq rabitə nazir- red.) İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, AMEA müxbir üzvü Əminağa Sadıqov isə icraçı direktor təyin edilib.

Radiasiya Problemləri İnstitutunun idarəçiliyi muvəqqəti olaraq AMEA-nın Akademik katibi Adil Qəribova tapşırılıb/APA.

Onu da qeyd edək ki, bu gün akademik Yaqub Mahmudov da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Bildirilib ki, Y.Mahmudov AMEA prezidentinin müşaviri təyin edilib.

Qeyd edək ki, Yaqub Mahmudov 2004-cü ildən Tarix İnstitutunun direktoru vəzifəsində çalışırdı. O, 4 çağırış MM-in deputatı olub.

***

AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib.

Onun yerinə hələlik təyinat yoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR