Bizim Mustafa müəllim... - Hacı İsmayılovun zəngin həyat yolu + FOTO
22-01-2021 [17:49]
Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini HACI İSMAYILOVun doğum günüdür. Bu gün Hacı müəllim 77 yaşını qeyd edir.
Hörmətli sənətkarımızı ürəkdən təbrik edir, can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq!
Tamaşaçılar onu daha çox "Ad günü" bədii filmində Mustafa müəllim kimi tanıdılar, sevdilər. Amma Hacı İsmayılovun müxtəlif bədii filmlərdə, film tamaşalarda yaratdığı maraqlı və yaddaqalan obrazları çoxdur.
Onun "Alov" film-tamaşasında Fərman, "Atayevlər ailəsi"ndə Xuduş, "Yol əhvalatı"nda Mürşüd, "Bağlı qapı"da Əli, "Qara gölün cəngavərləri"ndə Bağır, "Bəyin oğurlanması"nda Tağı, "Özgə ömür"də Həsənov, "Yaşıl eynəkli adam"da Qafar, "Yaramaz"da Hacı, "Qonşu qonşu olsa"da Əhməd Əhmədov, "Ölsəm, bağışla"da Qulam, "Qəzəlxan"da şair, "Nigarançılıq"da Kərbəlayi Qasım, "Sarı gəlin"də Qədir ... obrazları bu qəbildəndir.
Hacı İsmayılov yumşaq ürəkli insandır. Hansı obrazı oynamasından asılı olmayaraq o həmin qəhrəmanları özününküləşdirir, onları öz dilində - sadə, səmimi ünsiyyətlə yanaşaraq danışdırır, tamaşaçıya sevdirməyi bacarır. Oynadığı rolların böyük-kiçikliyindən asılı olmayaraq bu obrazlarda onun ürəyini də görmək olur. Onun baxışları, gözləri, üzünün ifadəsi bu obrazların iç dünyasını açmaqda, daha gözəl başa düşməsində insana ən yaxşı yardımçı olur.
Tamaşaçı da eyni sevgi ilə aktyoru, onun yaratdığı obrazları sevir, yaxın bir dostu, həmdəmi, ailə üzvü kimi qəbul edir...
Qısa arayış:
Hacı Məcid oğlu İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-1967-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb Tələbə ikən İrəvana göndərilib və orada Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Teatrının açılışında “Sevil” tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1967-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun səhnə danışığı kafedrasında çalışmağa başlayıb.
O, Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M.F. Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında dərviş Məstəli şah rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib.
Hacı İsmayılov 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H.Cavidin "Xəyyam" faciəsindəki İkinci Qulam rolunu alıb.
Hacı İsmayılovun Azərbaycan kinosunda yaratdığı obrazlar daha çox sevilir. O, "Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib. Bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.
Hacı İsmayılov 2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinidir.
Xarici film istehsalçılarının çəkdiyi “Qızıl buzovların valsı” (1992, rejissorlar Murad İbrahimbəyov, Rüstəm İbrahimbəyov / Rusiya, gülsatan rolunda), “Qasid göndərməlimi?” (1998, rejissor Valeri Çikov / Rusiya), “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) filmlərində çəkilib.
Hacı İsmayılov 17 may 1989-cu ildə Azərbaycan SSR Əməkdar artisti, 18 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.
Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb.
Hacı İsmayılov 21 yanvar 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Ailəlidir, iki övladı və üç nəvəsi var.
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı