Gömrük Komitəsi şirkətləri ittiham etdi: "İş prosesini düzgün qurmayanlar vətəndaşlara məxsus bağlamaları gecikdirir"
22-01-2021 [14:38]
Son vaxtlar bəzi vətəndaşlar sosial şəbəkələrdə xaricdən sifariş etdikləri poçt bağlamalarının uzun müddət gömrük yoxlanışında qalması, yubadılması, əsassız olaraq saxlanılması və saxlanılan bağlamalara görə yüksək məbləğdə ödənişlərin tələb olunmasına dair məlumatlar paylaşır.
Mia.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, gömrük orqanları fəaliyyətini vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində qurur və istər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində yayımlanan bu qəbildən olan məlumatlar həqiqəti əks etdirmir:
"Poçt göndərişlərinin gömrük yoxlamasının uzun müddət ərzində aparılması ilə bağlı iddialara gəlincə qeyd edək ki, sürətli poçt xidməti lisenziyasına malik olan şirkətlər tərəfindən ölkə ərazisinə gətirilən mal partiyasına gömrük nəzarəti tədbirləri mallar gömrük orqanına təqdim edildiyi andan maksimum 2-3 gün ərzində həyata keçirilir. Bağlamaların gecikdirilməsi isə daşıyıcı şirkətlərin öz işini düzgün qurmaması səbəbindən baş verir.
Belə ki, bəzən daşıyıcı şirkətlər qanunvericilikdə müəyyən edilmiş dəyər həddini aşan bağlamaların, barəsində gömrük nəzarəti başa çatmış yük partiyalarından ayırıb gömrüyə təqdim edilməsi prosesinə günlərlə vaxt sərf edir. Nəticədə praktiki iş prosesini düzgün qurmayan həmin şirkətlər vətəndaşlara məxsus bağlamaları gecikdirir.
Digər tərəfdən bir sıra hallarda daşıyıcı şirkətlər biznes prosesdə ləngiməklə yanaşı, kütləvi endirimlər dövründə yük həcmini qəbul etməkdə çətinlik çəkir və malları gömrükdən çıxarsalar da öz anbarlarında anbarlaşdıra bilmir.
Bəzən isə terminalla və ya daşıyıcı aviaşirkətlərlə yaranan problemlərlə əlaqədar mal partiyasını anbardan çıxara bilməyən şirkətlər malın hərəkət statusunu “gömrükdə” olaraq göstərir. Vətəndaşların müraciətləri əsasında aparılan araşdırmalar göstərir ki, əslində bu hallarda mallar daşıyıcı şirkətlərin özündədir, lakin böyük həcmdə yükləri idarə edə bilmədiklərindən ona “gömrükdə” statusu verməklə “işgüzar imiclərini” qorumağa çalışırlar.
Hava gəmisinin maksimum uçuş müddətinin bir neçə saat sürməsinə baxmayaraq, daşiyici şirkətlərin bir bağlamanın yolda olma müddətini vətəndaşlara 5-10, gömrük yoxlaması statusunu isə bəzən 10-20 gün kimi bildirməsi məntiqsizliklə yanaşı, etibardan sui-istifadə etməklə insanları aldatmaqdır.
Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bağlamalarının uzun müddət gömrük baxışında olduğunu iddia edən vətəndaşlar daşıyıcı şirkətlərin nümayəndələri ilə birgə malların saxlandığı anbara gələ, bağlamanın yubanması səbəblərini gömrük əməkdaşları ilə birgə araşdıraraq müəyyənləşdirə bilərlər.
Bəzi poçt bağlamalarının əsassız olaraq saxlanılması ilə bağlı məsələyə gəldikdə isə fiziki şəxslər tərəfindən təyinatı istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan poçt göndərişləri yalnız qanunvericilikdə müəyyən edilmiş gömrük dəyəri həddini aşdıqda, aidiyyəti dövlət orqanlarının rəy və icazələri tələb olunduqda və ya qanunvericilikdə nəzərdə tutulan digər hallarda saxlanıla bilər.
Bəzi hallarda vətəndaşlar təqvim ayı üzrə sifarişlərini yalnız məhsulların öz dəyərini hesablamaqla planlaşdırır və daşıma xərcini əlavə etmədiklərindən qanunvericilikdə müəyyən edilmiş gömrük dəyəri həddini aşır ki, bu bağlamaların saxlanılması ilə nəticələnir. Gömrük dəyəri, "Gömrük tarifi haqqında" qanunun 2-ci fəslinə uyğun olaraq müəyyən edilir və gömrük dəyərinin müəyyən edilməsi zamanı məhsulun dəyəri ilə yanaşı, daşınma xərci də nəzərə alınmalıdır.
“Smart customs” mobil tətbiqində bağlamalarını bəyan edib ödənişlərini həyata keçirən, lakin bağlamasının saxlanıldığını iddia edən vətəndaşlar nəzərə almalıdır ki, bəyanetmə və ödəmə prosesi mütləq mal partiyası gömrük ərazisinə daxil olana qədər həyata keçirilməlidir. Saxlanca verildikdən sonra gömrük ödənişi həyata keçirilən bağlamaların saxlancdan çıxarılması və aidiyyəti üzrə çatdırılması sifarişçinin anbar və daşıyıcı şirkət ilə münasibətlər zəminində həll edilməlidir.
Saxlanılan bağlamalara görə vətəndaşların yüksək məbləğdə vəsait ödəmələrinə gəlincə, bağlamaların saxlanıldığı ərazi gömrük orqanının sərəncamında deyil və onlar barəsində anbar və saxlanc xərclərinin tətbiqi gömrük orqanlarının səlahiyyət dairəsinə aid edilmir.
Pandemiya şəraiti və insanların elektron ticarətə artan marağı yük həcmində əhəmiyyətli dərəcədə yüksəlmələrlə müşahidə olunur. Nəticədə iş yüklülüyünün ciddi şəkildə artması ilə yanaşı, gün ərzində gömrük ərazisinə daxil olan təxminən 20 000 poçt bağlamasına gömrük nəzarəti fonunda meydana çıxan 0,5 % müxtəlif xarakterli problem gündəlik 50 vətəndaşın müraciəti deməkdir.
Yeni yaradılmış “Smart customs” mobil tətbiqi sadalanan problemlərin aradan qaldırılmasına hesablanan yenilikdir. Belə ki, “Smart customs” tətbiqi ilə gömrük ödənişləri əvvəlcədən həyata keçirildiyi təqdirdə vətəndaşların gömrük orqanına gəlmədən, əlavə vaxt və vəsait itkisinə məruz qalmadan bağlamalarını daşıyıcı şirkətlərdən təhvil almasına şərait yaradacaq.
Üstəlik “Smart customs” vasitəsilə vətəndaşlar bağlamalarının hansı statusda olması barədə də məlumat əldə edə biləcəklər.
Bir daha vətəndaşları sosial şəbəkələrdə və digər informasiya resurslarında yayılan bu qəbildən məlumatlara diqqətlə yanaşmağa, rəsmi açıqlamalara etibar etməyə çağırırıq".
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycan Premyer Liqasının oyununda karantin qaydaları pozulub
Azərbaycanda daha 314 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Sabiq rektordan YAP-ın qurultayı haqda açıqlama: "Yerimizə cavanlar gəlməlidir də, elə daim biz qalası deyilik ki..."
Bakıda yeni zavod açılacaq
Nazir: "Qarabağda öldürülən 2 min hərbçinin cəsədi tanınıb"
"İrana qarşı birtərəfli sanksiyaları dayandırin" - Ərdoğan
İmran Xan Azərbaycanı təbrik edib
AFFAi "Neftçi"ni 4 min manat cərimələyib
39 nəfərə fəxri adlar verildi - SİYAHI
Ərdoğan: “Azərbaycan yeni dövrün qapılarını açıb”
Kremldən ABŞ-a mesaj: "Rusiya bütün kimyəvi silahını məhv edib"
Azərbaycan milli komandası daha bir yoldaşlıq oyunu keçirəcək
Şamaxıda polis əməliyyatı: saxlanılanlar var
"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanla bağlı film çəkəcək
Ombudsmanın 2020-ci il üzrə məruzəsi Milli Məclisə daxil olub
İranda daha 8404 nəfər koronavirusa yoluxub
Azərbaycanlı müğənni: “Qısa geyinirəmsə, demək ailə fikirləşmirəm"
ABŞ-da müalicə olunan nazirdən yeni xəbər var
ÜST: "Avropanın əksər hissəsində COVID-19-a yoluxmada artım var"
Paşinyan müxalif liderlə bir araya gəldi - Nələr müzakirə olunub?
Komitə 30 milyon manata yeni bina tikdirir: "Siz görsəniz ki, bu gün bəzi əməkdaşlarımız hansı şəraitdə işləyir..."
Ceyhun Bayramovun məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
Azərbaycanla Türkiyə 42 günlük birgə hərbi təlimə başlayır - Türkiyə MN açıqlama yaydı
Pandemiya Azərbaycan millisinin oyunçularını kuryer, taksi sürücüsü, naxırçıya çevirib
Türkiyəyə səfər edəcək şəxslərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb
Anar Kərimov: "Şuşanın tarixi əhəmiyyətini özünə qaytaracağıq"
24 rayonda şagirdlər buraxılış imtahanı verəcək
Sabahın hava proqnozu açıqlandı
Tanınmış cüdoçu millimizin heyətindən çıxarıldı
Mübariz Mənsimov azadlığa buraxılır - İstanbul Baş Prokurorluğundan gözlənilməz addım
Azərbaycan COVID-19-un kəskin olduğu ölkələr siyahısından çıxarıldı
ABŞ Rusiyaya yeni sanksiyalardan yayınmaq üçün şərt irəli sürüb
Rusiyada daha 11385 nəfərdə koronavirus aşkarlanıb
Ermənistanın baş naziri postuna vahid namizəd istintaqa çağırılıb
"YAŞAT" Fondunun rəhbəri: "Türkiyəli həkimlər tərəfindən 154 qazimiz müayinə olunub"
Azərbaycan Kubokunun vaxtı dəyişdirilib - AFFA-dan qərar
Rəsmi Bakı: "Zəlzələdən zərər çəkən Yunanıstanla həmrəyik"
Səfər Mehdiyevdən komitədə yoxlama aparılması xəbərinə maraqlı reaksiya: "Biz tarladan pambıq toplamırıq ki, kəsirimiz olsun"
Magistraturaya imtahan verən 1818 bakalavr 0-30 bal taplayıb
Qazax sakinləri arasında niyə dava düşüb? - DİN rəsmisindən açıqlama
İdarə rəhbəri: "X-XI siniflər də məktəb həyatına geri dönəcəklər"