Müəllimlərin sertifikasiyası nə vaxt aparılacaq? - Nazirdən açıqlama

img

22-01-2021 [14:33]


“Müəllimlərin sertifikasiyası ilə bağlı dəqiq vaxt müəyyən olunmayıb, amma bu, ilin prioritetləri arasındadır. Nə vaxt işçi qrupumuz müəllimlərin sayı, prosesin necə başlanılmalı olduğunu müəyyən etsə, o zaman sertifikasiyanı aparmaq mümkün olar”.

Bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, bununla bağlı işlərin düzgün aparılmasının tərəfdarıdır: “Hələlik sertifikasiyanın bu ilin birinci yarım ilində olmayacağını deyə bilərəm”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR