İranın XİN başçısı Azərbaycana niyə gəlir? - 4 məsələ ətrafında müzakirə olacaq

img

21-01-2021 [17:29]


İranın xarici işlər naziri Məhəmmədcavad Zərif yanvarın 24-25-də Azərbaycanda səfərdə olacaq.

Mia.az  İranın Azərbaycandakı səfirliyinə istinadla bildirir ki, səfər zamanı o, Baş nazirin müavini və iki ölkə arasında Birgə Əməkdaşlıq Komissiyasının sədri Şahin Mustafayev və həmkarı Ceyhun Bayramov ilə görüşəcək.

Məlumata görə. səfər çərçivəsində hər iki tərəf bir sıra vacib mövzuları müzakirə edəcək:

1) İki ölkənin ikitərəfli əməkdaşlıq sahəsində maraq göstərdiyi məsələlər (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq

2) İranın 10 Noyabr Bəyannaməsi (Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmışdır) formatında altı tərəfli regional əməkdaşlığın inkişafında iştirakı

3) İran şirkətlərinin Dağlıq Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı

4) Şimal-Cənub dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı

O da qeyd olunub ki, İran İslam Respublikası Xarici İşlər nazirinin bu regional səfər çərçivəsində Azərbaycandan sonra Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə səfəri və bu ölkələrin rəsmiləri ilə regional əməkdaşlığın inkişafını müzakirə etməsi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR