"Spartak"ın sabiq oyunçusunun meyiti aşkarlanıb

img

21-01-2021 [14:29]


Rusiyanın "Spartak" və MOİK komandalarının sabiq xokkeyçisi Stanislav Aqafonov vəfat edib.

"REN TV" xəbər verir ki, o, 34 yaşında dünyasını dəyişib. Aqafonovun meyiti Leninqrad vilayətinin Vertemyagi kəndindəki evdə aşkarlanıb.

Tanışı onunla əlaqə yarada bilmədiyi üçün bir neçə gün əvvəl polisə müraciət edib. Bəzi məlumatlara görə, xokkeyçi narkotivdən istifadə edib. Meyitin yaxınlığında şprislər, naməlum ağ maddə və qaşıq tapılıb. Onun yüksək dozaya görə öldüyü ehtimal edilir.

Qeyd edək ki, Stanislav Aqafonov 2012-ci ildən məşqçi kimi fəaliyyət göstərib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR