Çempionlar Liqasının formatı tamam dəyişəcək? - Açıqlama
21-01-2021 [13:32]
2024-cü ildən sonra Çempionlar Liqasında (ÇL) çoxlu dəyişiklik ola bilər.
Bu barədə Avropa Klublar Birliyinin (ECA) İşçi Qrupunun sədr müavini, "Qarabağ"ın baş meneceri Asif Əsgorov məlumat verib.
ECA-nın İşçi Qrupunun son iclasının gündəliyindəki məsələlər barədə danışan A.Əsgərov bildirib ki, hazırda 2024 - 2027-ci illərdəki avrokubokların formatı müzakirə edilir. Lakin o, ÇL-in müzakirə edilən yeni formatı ilə bağlı tam açıqlama verə bilməyəcəyini bildirib.
"Qarabağ" rəsmisi əlavə edib ki, məsələ müzakirə edildiyi üçün detalları açıqlaya bilməz: "Bu il Konfrans Liqası start götürəcək. İndiyədək Avropa Liqasında çıxış etmiş bir çox komanda orada çıxış edəcək. Amma Çempionlar Liqasına toxunulmadı. 2024-cü ildən sonra ÇL-in formatının tam dəyişilməsi gündəmdədir. Oyunların sayının artırılması, qrupların ləğvi və bu kimi məsələlər müzakirə edilir. Qrupsuz bir sistem olsun, hazırda bunu müzakirə edirik, 2024-cü ildən sonra başqa bir sistem gözlənilir. Lakin gizli saxladığımız üçün çox açıqlama vermək istəmirəm və detallarını deyə bilmərəm. 2024-cü ildən sonra Çempionlar Liqasının formatında böyük dəyişikliklər gözlənilir. Yəni, UEFA reytinqinə görə ölkələr 4 kateqoriyaya bölünür. Birinci kateqoriyada "böyük beşlik" ölkələri yer alır. Bu, hər zaman belə olub, onlar çalışırlar ki, özləri olan və daha qapalı Çempionlar Liqasında iştirak etsinlər. 3-4-cü kateqoriyadakı ölkələr isə çalışırlar ki, komandaların sayı artsın və bunlar daha çox vəsiqə qazana bilsinlər".
"Qarabağ" rəsmisi "Yeni format Azərbaycan təmsilçilərinə nə kimi xeyir verə bilər" sualına belə cavab verib: "Mən 2017-ci ildən İşçi Qrupundayam, əvvəl 2021 - 2024-cü illəri müzakirə edirdik. Hazırda 2024 - 2027-ci illərin müzakirəsi ilkin mərhələdədir. Bizim kimi ölkələrin əsas tələbi və marağı maliyyənin klublara nə qədər ayrılacağı, təsnifat mərhələsində klubların nə qədər qazanacaqlarıdır. Qruplar qalacağı təqdirdə, neçə qrup olacaq və neçə komanda iştirak edəcək? Bu kimi suallar var. Bizim kimi ölkələrin əsas marağı maliyyədir. UEFA-nın turnirlər üçün ayıracağı maliyyə vəsaiti gündəmdədir. Bildiyiniz kimi, Avropa Liqasının gəlirləri özünü ödəmir. Çempionlar Liqasından ora vəsait ayrılır ki, bu da Avropa Liqasında iştirak edənlərə ödənilir. Bizim kimi klubların nümayəndələri ECA-nın İşçi Qrupunun iclasında az təmsil edilir. Buna baxmayaraq, maraqlarımız digər klublarla kəsişir"/Report.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"