Bakı sakinində 5 kq-dan çox narkotiklə saxlanılıb

img

21-01-2021 [13:08]


Bakı sakinində narkotiklə saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Adıgözəlov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin, “VAZ-2108” markalı avtomobilinə baxış zamanı isə 2 kq-dan artıq heroin və 3 kq-dan artıq marixuana aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR