Ermənistan Türkiyəyə alçaldıcı şərt qoydu - “Yol xəritəsi”

img

10-12-2013 [14:42]


Rəsmi İrəvan Ankaraya erməni-türk əlaqələrinin tənzimlənməsi üçün yeni "yol xəritəsi” təqdim edib.

Mia.az Anspress-ə istinadən xəbər verir ki, erməni mətbuatı Ermənistan erməni-türk əlaqələrinin tənzimlənməsi üçün hazırladığı yeni "yol xəritəsi”ni on gün öncə gizli yolla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluya çatdırdığını yazıb. 

"Aravot” qəzetinin yazdığına görə, Türkiyə xarici işlər nazirliyi də informasiyanı təsdiq edib. Yeni "yol xəritəsi”nə görə, ilk növbədə Türkiyə "erməni soyqırımı”nı tanımalıdır. İkinci şərt Türkiyənin erməni-türk sərhədini açması və rəsmi İrəvanla diplomatik əlaqə yaratmasıdır. 

Üçüncüsü isə iki şərtin qəbulundan sonra Türkiyə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinə cəlb ediləcək. Mənbə yazır ki, Davudoğlu İrəvana səfəri zamanı rəsmi Ankaranın mövqeyini ermənistanlı həmkarına çatdırmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA