Moldovada 20 yanvar faciəsinin qurbanlaının xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTOLAR
21-01-2021 [11:38]
Yanvarın 20-i Kişinyovun “Kortyard Mariott” otelinin konfrans zalında 20 yanvar 1990-ci il faciəsinin qurbanlaının xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Mia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi Moldova azərbaycanlılar Konqresinin təşkilatşılığı ilə baş tutub. Tədbirdə Moldova azərbaycan diasporunun nümayəndələri, rəsmilər, bu ölkədə diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər, tələbələr və yerli KİV nümayəndələri iştirak ediblər.
Öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Moldova azərbaycanlılar Konqresinin müavini Ramiz Ənsarov Azərbaycanın bu ölkədəki Səfiri Qüdsi Osmanovun konfrans iştirakçılarına müraciətini oxuyub. Müraciətdə Səfir qeyd edir ki, 20 yanvar azərbaycan xalqının milli iradəsinin əyilməməzliyinin rəmzidir. “20 yanvar faciəsini törətməklə Sovet rəhbərliyi azərbaycan xalqının iradəsini və qürurunu sındırmaq istəyirdi. Lakin buna nail ola bilmədi. Güclü iradəyə malik olan xalqımız bütün dünyaya göstərdi ki, tarixin ən əlamətdar məqamlarında yumruq kimi birləşib milli maraqlarını müdafiə etməyə qadirdir. Bunu bir daha 44-günlük Vətən müharibəsində də xalqımız nümayiş etdirdi. Bir yumruq kimi xalqın lideri, Prezident İlham Əliyevin ətrafinda birləşərək öz ərazi bütövlüyünü bərpa etdi, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı qaytardı”,- Səfirin müraciətində qeyd edilib.
Konqresin nümayəndəsi Ramiz Ənsərov öz çıxışında yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələrdən söz açıb və qeyd edib ki, Moldova azərbaycan icması xaricdə yaşayan gənc azərbaycanlıların xalqımızın tarixində bütün əlamətdar hadisələrin hörmət və ehtiramla anması, xatırlaması üçün böyük işlər aparır.
Moldova Parlamentinin deputatı, Moldova Prezidentinin seçildiyi “Hərəkət və həmrəylik” partiyasının sədri İqor Qrosu çıxışında dəvətə görə Konqresə təşəkkür edib və Sovet İttifaqının dağılmasından sonra postsovet ölkələrindəki proseslərə toxunaraq, Moldova və Azərbaycanın müstəqilliyinin formalaşma tarixinin oxşarlığını və hər iki ölkənin suverenliyinin layiqli oğullarının canı bahasına əldə olunduğunu qeyd edib.
Moldovada Qaqauziya icmasının rəhbəri Nikolay Terzi öz çıxışında Ulu öndər Heydər Əliyev ilə görüşünü xatırlayıb, azərbaycan xalqını ərazi bötüvlüyünü bərpası münasibətilə təbrik edib və azərbaycan xalqı ilə qaqauz xalqları arasında səmimi dostluq və qardaşlıq münasibətlərini vurğulayıb. O qeyd edib ki, qaqauz xalqı hər zaman azərbaycan xalqının kədər və sevincini bölüşür.
Moldovada Dağ yəhudilər Assosiasiyasının nümayəndəsi Roman Aronov qeyd edib ki, azərbaycan xalqı öz cəsarəti və əyilməməzliyi ilə müatəqilliyini
qazanıb. O, tarix boyu iki xalqın başına gələn sınaqlardan bəhs edərək, azərbaycan və yəhudi xalqları arasındakı dostluğa da toxunub.
Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitabların müəllifi Dmitri Tereburke qeyd edib ki, XX əsrin 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində Azərbaycanda gedən proseslər Sovet İttifaqında milli hərəkatın başlanğıcını qoyub və İttifaqın sonunu təyin edib. O, azərbaycan xalqını Qarabağ münaqişəsinin həlli münasibətilə təbrik edib və bu hadisənin bütün bölgə üçün əhəmiyyətini qeyd edib.
Həmçinin tədbirdə Konqresin nümayəndələri Maarif Rəhimov, Zamir Qubadov və Ağası Məmmədli çıxış ediblər. Natiqlər tədbir iştirakçılarına şahidi olduqları dəhşətli 20 Yanvar hadisələrindən bəhs ediblər və qeyd ediblər ki, hər bir azərbaycanlı üçün bu gün eyni zamanda dövlətçilik naminə qürur, əyilməməzlik və fədakarlıq rəmzidir.
Tədbirin sonunda konfrans iştirakçılarına “Qanlı yanvar” hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub.
Faciə qurbanlarının xatirəsinə ehsan verilib.
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb