Cəlilabadda qar fəsadlar törədib

img

20-01-2021 [23:00]


Cəlilabad rayonunda müşahidə edilən güclü qar fəsadlara səbəb olub.

Məlumata görə, qarın hündürlüyü şəhər ərazisində 2 sm, bəzi ərazilərdə 12-15 sm təşkil edir. Yağıntı daha çox rayonun Buravar, Şatırlı, Əsədli, Ləkin, Musalı, Zəhmətabad kəndlərinə düşüb.

Hazırda bu ərazilərdə də qarın hündürlüyü 15 sm-ə çatır.

Sakinlərin bildirdiyinə görə dumanlı hava şəraiti səbəbindən yollarda hərkətin intensivliyi məhdudlaşıb.

Cəlilabad rayon icra hakimiyyətindən bildirdilər ki, elektrik naqillərində yaranan nasazlıq səbəbindən bəzi ərazilərdə elektrik verilişində fasilələr yaranıb. Hazırda nasazlığın aradan qaldırılması məqsədi ilə işlər davam edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR