BAYDEN VƏ HARRİS AND İÇDİ, YENİ MESAJLAR VERİLDİ: "Məqsəd demokratiyadır, daha güclü olacağıq" - VİDEO/FOTOLAR

img

20-01-2021 [21:29]


ABŞ-da yeni seçilmiş prezidenti Co Bayden and içərək, səlahiyyətlərinin icrasına başlayıb.

Mia.az xəbər verir ki, ABŞ-ın 46-cı prezidenti ilk qadın vitse-prezident Kamala Harrisdən 15 dəqiqə sonra kürsüyə qalxaraq, and içib.

Bayden çıxışında demokratiyanın qalib gəldiyini deyib: “Bu gün Amerikanın, demokratiyanın günüdür. Bu gün namizədin deyil, hədəflərin zəfərini qeyd edirik. Məqsəd demokratiyadır. Xalqın iradəsi dinlənildi. Yenidən demokratiyanın qiymətli, kövrək olduğunu anladıq. Və bu saat dostlar, demokratiya qalib gəldi”.

Bayden bildirib ki, hələ qarşıda görəcəkləri çox işlər var: "Önümüzə baxırıq. Vacib imkanlar var. Çox məsələləri yaxşılaşdırmalıyıq, yenidən inşa edib, qazanmamız lazımdır. Daha güclü olacağıq".

Bayden daha sonra dünyaya səslənib: "Bütün dünya bizi seyr edir. Sərhədlərimizin kənarında olanlara səslənirəm: biz bir kəs daha müttəfiqlərimizlə birlikdə çalışacağıq. Dünənki deyil, bu günün və sabahın çətinliklərinə baxacağıq. Örnək olaraq liderlik göstərəcəyik, örnək bir ölkə olacağıq. Güclü və güvənilən tərəfdaş olacaq, sülh və rifah üçün hərəkət edəcəyik".

Xatırladaq ki, ABŞ-ın səlahiyyətləri başa çatmış prezidenti Donald Tramp Co Baydenin inauqurasiyası mərasimində iştirak etməyib. O, həyat yoldaşı Melanya Trampla Vaşinqtondan Floridaya gedib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR