Tramp xanımı ilə azsaylı tərəfdarları qarşısında vida nitqi söylədi: "Biz bir şəkildə geri dönəcəyik!"

img

20-01-2021 [17:46]


Prezidentlik müddəti bu gün başa çatan Donald Tramp həyat yoldaşı Melaniya ilə Ağ evi tərk edib.

Mia.az xəbər verir ki, hərbi bazada azsaylı tərəfdarları ilə görüşərək, vida nitqi söyləyən Tramp 4 ildə möhtəşəm işlər gördüklərini deyib.

O, yeni rəhbərliyə da uğur və şans arzulayaraq, bildirib ki, ölkəsində vergi yükünü ciddi azaldıb, qazilərə qayğını artırıb: "Ümid edirəm ki, Bayden iqtidarı təməl bazasını yaratdığımız bu işləri daha da gözəl edəcək".

Tramp Amerika tarixində prezident olaraq ən yüksək səs topladığını xatırladaraq, tərəfdarlarından onu unutmamağı istəyib. Əlavə edib ki, o, bundan sonra da prosesləri ciddi izləyəcək: "Biz bir şəkildə geri dönəcəyik!".

Trampın xanımı Melaniya isə deyib ki, o, 4 il bu xalqın Birinci xanımı olmasından qürur duyur.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR