ADA Universitetində 20 Yanvar hadisələri ilə bağlı onlayn görüşlər keçirilib - FOTO

img

20-01-2021 [13:13]


ADA Universitetində 20 Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının iştirakı ilə canlı yayım baş tutub.

ADA-dan Mia.az-a verilən məlumata görə, canlı yayımdan öncə Universitet tələbələri Sabir Rüstəmxanlı ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət ediblər, onların məzarı üzərinə gül qoyaraq şəhidlərimizin xatirəsinə ehtiramlarını nümayiş etdiriblər.

Ziyarətdən dərhal sonra baş tutan canlı yayımda Sabir Rüstəmxanlı Universitetin Beynəlxalq münasibətlər üzrə bakalvr tələbəsi Orduxan Qəhrəmanzadənin 20 Yanvar hadisələri ilə bağlı ünvanladığı sualları cavablandırıb.

Millət vəkili qeyd edib ki, 20 yanvar hadisələri xalqımıza yönələn təhdidlərə qarşı göstərdiyimiz birliyi, əzmkarlığı bariz şəkildə nümayiş etdirib.

Bundan əlavə, 20 yanvar hadisələrinin ildönümü ilə əlaqədar ADA Universiteti tərəfindən tarix üzrə elmlər doktoru Solmaz Tohidinin iştirakı ilə də onlayn görüş keçirilib.

ADA Universitetinin əməkdaşları, tələbə və məzunlarının iştirakı ilə keçirilən görüşdə 20 Yanvar hadisələri ilə bağlı tarixi faktlardan bəhs edilib. Bu hadisələrin tariximizin ən çətin, lakin ən şərəfli dövrü kimi və eyni zamanda, Azərbaycan xalqının iradəsinin göstəricisi kimi xatırlanacağı vurğulanıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR