Yaqut Qarayeva: "Hamilə qadınlara peyvənd vurulması tövsiyə edilmir"

img

19-01-2021 [13:39]


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hamilə qadınlara və körpələrə vaksin vurulması ilə bağlı məsələyə aydınlıq gətirib.

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib ki, hamilə olan qadınlara peyvəndin vurulması tövsiyə edilmir.

"Bunu ziyan olduğu üçün deyil, bu istiqamətdə hələ araşdırmalar aparılmadığına görə tövsiyə etmirik. Ona görə də hamilə xanımlar vaksinasiya olmamalıdırlar", - o, bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR