Şimal bölgəsinə qar yağıb, temperatur mənfi 7 dərəcəyə düşüb

img

19-01-2021 [10:21]


Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinin bəzi rayonlarına qar yağıb.

Məlumata görə, qar əsasən Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur. Qubanın Xınalıq kəndində qarın hündürlüyü 15 sm-ə çatıb, temperatur mənfi 7 dərəcəyədək enib.

Rayonun Qrız kəndində  qarın hündürlüyü 5 sm, Bostankeş kəndində 3 sm olub.

Xızının Altıağac qəsəbəsində 1 sm,Qusarın Ləzə kəndində 5 sm-ə qədər qar qeydə alınıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR