Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

18-01-2021 [18:30]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 118 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 227 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 771 nəfər müalicə olunaraq sağalıb, 3 022 nəfər vəfat edib, aktiv xəstə sayı 8598 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 399, ötən müddət ərzində isə ümumilikdə 2 321 592 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA