RƏSMİ PARİSDƏN AZƏRBAYCANA MÜHÜM MESAJ: "Bu, ölkələrimiz üçün deyil, hər kəs üçün vacibdir..."
18-01-2021 [18:26]
"Fransa Ermənistan və Gürcüstan kimi, Azərbaycanın da hər zaman dostu olub və istisnasız Cənubi Qafqazın bütün dövlətləri ilə sıx münasibətlər qurmaq istəyir".
Bunu Fransanın Azərbaycandakı səfiri Zaxari Qross bildirib.
Onun sözlərinə görə, Azərbaycan kimi, Fransa da dünyəvi, müasir və çoxməzhəbli ölkədir, ateistlər, xristianlar, yəhudilər və müsəlmanlar irlikdə yaşayırlar: "Azərbaycan kimi, Fransa da biomüxtəlifliyin qorunub saxlanması, iqlim dəyişkənliyinə qarşı mübarizə və ümumdünya səhiyyə sahəsində qloballaşmanın əsas çağırışlarına qarşı çıxmaq üçün multikulturalizmə ümid bəsləyir. Bütün mövzular üzrə 2021-ci ildə də Azərbaycanın səsinin açıq və tərəfdaşlıq şəraitində eşidilməsini arzulayıram. Çünki ölkənizin qaz və neft istehsalçısı ölkəsi kimi öhdəliyi var, Xəzər dənizindən Qafqaz dağlarına qədər olan təbiətə görə cavabdehsiniz, çünki ölkəniz hazırda Qoşulmama Hərəkatına sədrlik edir".
Z.Qross deyib ki, iki ölkənin sələflərimiz tərəfindən başlanılmış işi davam etdirmək öhdəliyi var: "Azərbaycan 1918-ci ildə müstəqillik qazananda Fransanın yanında olub. Prezident Fransua Mitteran 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət başçıları sırasında idi. Bu yaxınlarda 600 azərbaycanlı tələbəni bakalavrdan magistr dərəcəsinə qədər hazırlayan Fransa-Azərbaycan Universiteti (UFAZ) və eyni zamanda Ağ Şəhərin mərkəzində hamı üçün açıq, dinamik və müasir olan və keyfiyyətli tədris bəxş edən Bakı Fransız Liseyi kimi birlikdə böyük layihələr həyata keçirdik. Bu səbəbdən münasibətlərimizə mane olan son gərginlik məni qane etmir. Onları geridə qoymalıyıq. Bu gün hələ də şübhə edənlər sabah dialoq və əməkdaşlığı yeniləyə bildikləri üçün siyasi liderlərimizə təşəkkür edəcəklər. Arzuladığım fəallaşma təkcə iki ölkələrimiz üçün deyil, həmçinin Avropa və Qafqaz, hər kəs üçün vacibdir. 1957-ci ildən etibarən Fransa bütün gücünü və əqidəsini Avropa layihəsinə sərf edib və bundan məmnundur, çünki Avropa İttifaqı parlaq tarixi uğur qazanıb. Bu səbəbdən Fransanın Azərbaycandakı səfiri kimi ən əziz istəklərimdən biri də yeni əməkdaşlıq razılaşma ilə Avropa İttifaqı ilə Azərbaycan öz tərəfdaşlıqlarını yeniləsin və möhkəmləndirsin.
9 noyabr razılaşması Cənubi Qafqazın tarixində yeni səhifə qurmağa imkan verməlidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin keçən il dekabr ayında Bakıya səfəri həssas siyasi məsələlərlə bağlı dialoqu yenidən qurmaq üçün vacib idi. Bu baxımdan ən təcili olan, humanitar sahədə gözləntiləri qarşılamaqdır. Bundan savayı bölgənin təcrid olunmamasını və regional iqtisadi inkişafa çalışmalıyıq. Ancaq yenə də iddialı olmalıyıq. Bu gün De Qol və Adenauerın Fransa ilə Almaniya arasında barışıq qurduğu kimi, Azərbaycan ilə Ermənistan arasında bir barışığa nail olmalıyıq"/Report.
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib