Ötən il Azərbaycan Ukraynaya 265 milyon dollarlıq neft ixrac edib

img

18-01-2021 [13:06]


2020-ci il ərzində Azərbaycan Ukraynaya 265,076 milyon ABŞ dolları dəyərində xam neft ixrac edib.

Bu barədə Ukrayna Dövlət Gömrük Xidmətinin hesabatında deyilir.

Məlumata görə, ötən il ərzində Azərbaycan neftinin Ukrayna neft idxalındakı ümumi payı 64,78 % təşkil edib.

Ümumilikdə isə 2020-ci ildə Ukrayna xam neft idxalını 2019-cu ilin göstəriciləri ilə müqayisədə 454,959 min ton və ya 57,5 % artıraraq 1 milyon 245,587 min ton təşkil edib.

Məlumata görə, ötən il ərzində ölkə ümumilikdə 409,167 milyon ABŞ dolları dəyərində xam neft idxal edib ki, bu da 2019-cu ilin göstəricilərindən 1,5 % azdır.

Eyni zamanda, 2020-ci ildə Ukrayna ABŞ-dan 98,445 milyon ABŞ dolları (24,06 %), Liviyadan 45,555 milyon ABŞ dolları (11,13 %) və digər ölkələrdən 0,091 milyon ABŞ dolları (0,02 %) xam neft idxal edib.

Bundan başqa, 2020-ci ildə Ukrayna 80 min ton xan neft ixrac edib. Ötən il ərzində ixraca yönəlmiş xam neftin ümumi dəyəri 24,351 milyon ABŞ dolları təşkil edib ki, bu neft də Azərbaycan nefti olub və sonradan Belarusa ixrac edilib.

Qeyd edək ki, 2019-cu ildə Ukrayna neft ixracını həyata keçirməyib.

2020-ci il ərzində Azərbaycan Ukraynaya 265,076 milyon ABŞ dolları dəyərində xam neft ixrac edib.

“Report”un “İnterfaks-Ukrayna”ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Gömrük Xidmətinin hesabatında deyilir.

Məlumata görə, ötən il ərzində Azərbaycan neftinin Ukrayna neft idxalındakı ümumi payı 64,78 % təşkil edib.

Ümumilikdə isə 2020-ci ildə Ukrayna xam neft idxalını 2019-cu ilin göstəriciləri ilə müqayisədə 454,959 min ton və ya 57,5 % artıraraq 1 milyon 245,587 min ton təşkil edib.

Məlumata görə, ötən il ərzində ölkə ümumilikdə 409,167 milyon ABŞ dolları dəyərində xam neft idxal edib ki, bu da 2019-cu ilin göstəricilərindən 1,5 % azdır.

Eyni zamanda, 2020-ci ildə Ukrayna ABŞ-dan 98,445 milyon ABŞ dolları (24,06 %), Liviyadan 45,555 milyon ABŞ dolları (11,13 %) və digər ölkələrdən 0,091 milyon ABŞ dolları (0,02 %) xam neft idxal edib.

Bundan başqa, 2020-ci ildə Ukrayna 80 min ton xan neft ixrac edib. Ötən il ərzində ixraca yönəlmiş xam neftin ümumi dəyəri 24,351 milyon ABŞ dolları təşkil edib ki, bu neft də Azərbaycan nefti olub və sonradan Belarusa ixrac edilib.

Qeyd edək ki, 2019-cu ildə Ukrayna neft ixracını həyata keçirməyib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR