Tərtərdə karantini pozaraq futbol oynayan şəxslər saxlanıldı

img

18-01-2021 [12:05]


Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Mia.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində xüsusi karantin rejiminin qaydalarını pozaraq futbol oynayan bir qrup şəxs aşkar edilib.

Qayda pozuntusuna yol verən 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar, 11 nəfər yeniyetmənin valideynlərinə isə ciddi xəbərdarlıqlar edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA