Ağdaş və Şəki sakinlərindən narkotik götürüldü

img

18-01-2021 [11:14]


Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Ə.Süleymanov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 460 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitəni üzərində daşımaqda və saxlamaqda şübhəli bilinən rayon sakini R.Nəbiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan sellofan torbada çəkisi 475 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı Polis Şöbələrində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR