Şuşada beşmərtəbəli binada yanğın olub

img

18-01-2021 [11:02]


Şuşa şəhərində beşmərtəbəli binanada yanğın hadisəsi baş verib.

Bu barədə Mia.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA