Azərbaycanda COVID-19-la bağlı Vaksinasiya Strategiyası təsdiqləndi - Sərəncam + DETALLAR
16-01-2021 [21:59]
Nazirlər Kabineti "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın təsdiq olunması ilə bağlı sərəncam verib.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda mühüm və yüksək risk qrupları, o cümlədən peyvənd olunmalı əhalinin məlumat bazası yaradılacaq.
Bundan əlavə, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi il ərzində mühüm və yüksək risk qrupları, o cümlədən peyvənd olunmalı əhalinin məlumat bazasının yaradılmasını təmin etməlidir.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Maliyyə Nazirliyinə isə 2021-2022-ci illər ərzində mühüm və yüksək risk qruplarının COVİD-19 xəstəliyi əleyhinə vaksinasiyasından əvvəl (vaksin istehsalçısının tövsiyələrinə əsasən) seroloji skrininqin aparılması üçün tələb olunan tibbi ləvazimatlarla təmin edilməsi tapşırılıb.
Eyni zamanda vaksinasiyanın monitorinqi və qiymətləndirilmə sistemi yaradılacaq. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB 2021-2022-ci illər ərzində vaksinasiya prosesinin mütəmadi monitorinqi və qiymətləndirilməsi üçün zəruri indikatorlar daxil olmaqla, monitorinq və qiymətləndirmə planının işlənib hazırlanmasını təmin etməlidir.
Sənəddə bildirilir ki, strategiyanın vəzifələrinin icrasının qiymətləndirilməsi üçün proses və nəticə indikatorları müəyyən edilməlidir. Burada Strategiyanın qarşısında qoyulan hədəflər əsas götürülməli və zəruri göstəricilər üzrə mütəmadi monitorinq həyata keçirilməlidir. Monitorinq və qiymətləndirilmə sistemi Strategiyanın icrasının qiymətləndirilməsi, problemlərin aşkar olunması, aradan qaldırılması və müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan məlumatlarla təmin etməlidir.
Proses və nəticə indikatorlarının müəyyən edilməsi:
1. tibbi göstəricilər üzrə;
2. epidemioloji vəziyyət üzrə;
3. iqtisadi göstəricilər üzrə.
Mütəmadi monitorinq və qiymətləndirmə prosedurları:
1. vətəndaşlar üzrə;
2. məntəqə və bölgələr üzrə;
3. xidmət keyfiyyəti üzrə.
İcraya nəzarət və problemlərin vaxtında aradan qaldırılması:
1. tibbi heyət üzrə;
2. vaksinlər üzrə;
3. məsul qurumlar üzrə.
Monitorinq və qiymətləndirilmə üzrə dəstək fəaliyyətləri:
1. “Soyuq zəncir” üzrə;
2. məlumat bazası və təhlil üzrə;
3. maarifləndirmə üzrə.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"