Şəhidlər Xiyabanında abadlıq-bərpa işləri sürətlə davam edir - FOTOLAR
16-01-2021 [18:17]
Şirvanda Şəhidlər Xiyabanında görülən abadlıq-bərpa işləri sürətlə davam edir.
Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, son günlərdə yolu Şirvan şəhərinin Şəhidlər Xiyabanından düşənlər müqəddəs məkanda böyük işçi qüvvəsinin necə sürətli və gərgin işlədiyinin şahidi olurlar. İstər rəhbər, istər xidməti işçilər olsun, fərqi yoxdur, hər kəs şəhidlərimizin uyuduğu ziyarətgahın abadlaşması üçün əlindən gələni edir.
Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid oğullarımızın xatirəsinin əbədiləşdirlməsi həm torpaqlarımızın necə canlar bahasına geri alındığını unutmamaq, həm də gələcək nəsillərin onları hörmət və ehtiramla yad etməsi üçün çox əhəmiyyətlidir. Ona görə də Şirvan Şəhər İcra Hakimiyyəti müqəddəs Şəhidlər Xiyabanında aparılan təmir-bərpa işlərinə xüsusi həssaslıqla yanaşır.
Xiyabanda xeyli iş görülüb. Belə ki, Vətən müharibəsi şəhidlərinin məzarüstü abidələrinin quraşdırılması xiyabanın gediş-gəliş hissəsinə yeni tamet üzlük döşəmə plitələrin düzülməsi, bardyurların düzəldilməsi işləri sürətlə davam etdirilir. Şəhidlər xiyabanınının hasarında suvaq işləri tamamlanıb, Xiyabanın işıqlandırılması üçün əlavə 20 ədəd işıq dirəkləri quraşdırılıb. Giriş qapısının üzərində Azərbaycan Respublikasının şanlı üçrəngli bayrağı ucaldılıb, qapının bayır hissəsində dekorativ güllər əkilmiş sahənin kənarına üzlük düzülüb. Xiyabanın torpaq ərazisi şumlanır, ağaclar budanır və ağardılır, ərazidə dekorativ ağac və kollardan yaşıllıq zolaqları salınır. Əbədi Məşəl abidə kompleksində təmir işlərinə başlanıb.
Şəhidlər Xiyabanınadək 2,5 km piyadalar üçün səkinin salınması işləri yekunlaşmaq üzrədir. Artıq monolit tökmə bordyurlar düzəldilib, asfaltlanma işləri görülür.
Şəhər rəhbərliyi mütəmadi olaraq gün ərzində Şəhidlər Xiyabanında görülən işlərlə yerində tanış olur, müvafiq tövsiyələrini verir. Xiyabanda aparılan abadlıq və təmir-bərpa işlərinin qısa zamanda yekunlaşması və ziyarətçiləri qarşılaması nəzərdə tutulur.
Şirvan sakinləri şəhərin müxtəlif ərazilərində görülən işlərə, qəbul edilən qərarlara, vaxtında atılan addımlara görə Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, regionun güclü dövlətinin lideri Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə, dövlətimizin çiçəklənməsində onunla çiyin-çiyinə mübarizə aparan hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə edir və hər zaman bir yumruq kimi birləşdiklərini bildirirlər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb