Rəsmi Ankaradan Bakı və Moskvaya mesaj: “Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə..." - “Qərar vermə məsuliyyəti sizdə deyil”

img

15-01-2021 [18:03]


“Biz Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edirik”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - nazir vurğulayıb/Report.

XİN başçısı daha sonra Moskvaya açıq xəbərdarlıq edib: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik. Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizinə icazə vermə roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.

Xatırladaq ki, Çavuşoğlu Qarabağ üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin təmas xəttindən 8 km məsafədə yerləşəcəyini bildirb.

O deyib ki, Ağdamda təmas xəttinə 8 kilometrlik məsafədə atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yeri müəyyənləşib: “60 türk, 60 rus hərbçi Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək. Türk hərbçiləri artıq Azərbaycana yola düşməyə başlayıb”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR