Anar Eyvazov: "Ordudan pensiyaya çıxan hərbçilər hərbi formadan istifadə edə bilərlər"

img

15-01-2021 [16:41]


Hərbi formadan istifadə hüququ olmayan şəxslər müəyyən mağazalardan aldıqları və digər vasitələrlə əldə etdikləri formanı geyinə bilməzlər.

Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

O qeyd edib ki, hərbçi olmayan, ordudan tərxis edilmiş şəxslərin bu formanı əldə edərək geyinməsi hərbi formanın pozulması deməkdir: "Azərbaycan Silahlı Qüvvələrində xidmət edib ordudan pensiyaya çıxan hərbçilər isə hərbi formadan istifadə edə bilərlər"/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR