RƏSMİ MOSKVADAN QARABAĞLA BAĞLI YENİ AÇIQLAMA: "Konkret məsələlərin həlli üçün ekspert qrupları yaradılacaq"
15-01-2021 [13:20]
"Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 11 yanvar tarixli birgə bəyanatı ilə bağlı konkret məsələlərin həlli üçün ekspert qrupları yaradılacaq".
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.
Rusiya rəsmisi 11 yanvar Moskva görüşündə iqtisadi əlaqələrinin qurulmasına, yolların açılmasına, infrastrukturun təkmilləşdirilməsinə xüsusi diqqət yetirildiyini xatırladıb.
“Bununla bağlı ayrıca bəyanat qəbul edildi. Bildiyiniz kimi, görüşün yekunlarına görə Rusiya, Azərbaycan, Ermənistan baş nazir müavinlərinin həmsədrliyilə üçtərəfli işçi qrupu yaradılıb. Bu qrup cari ayın sonunadək yığıncaq keçirməli, martın 1-dək isə beynəlxalq daşımaları yoluna qoymaq üçün nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və yenilərinin tikilməsini nəzərdə tutan tədbirlər planı və cədvəlini təqdim etməlidir. Şübhəsiz ki, bütün bu məsələlərin həyata keçirlməsi həm Ermənistan, həm Azərbaycan tərəfinin, bütövlükdə Cənubi Qafqaz regionunun xeyrinə olacaq, yəni bütün dövlətlərin mənafeləri nəzərə alınacaq”, – XİN nümayəndəsi qeyd edib/Report.
O, əlavə edib ki, Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında birbaşa dialoqun qurulmasını, eləcə də iki ölkənin birgə humanitar tədbirlərinin keçirilməsini hər şəkildə alqışlayırıq: “Düşünürük ki, bu cür təşəbbüslər barışıq, qarşılıqlı anlaşma, etimad mühitinin formalaşmasına kömək edir. Bunlar həm Azərbaycan, həm də erməni xalqının və prinsipcə bütün Cənubi Qafqaz regionunun, deməli həm də Rusiya Federasiyasının xeyrinə olardı. Bakı və İrəvan bu istiqamətdə hərəkət etmək üçün səmimi meyl nümayiş etdirirlərsə, Rusiya tərəfi bu cür humanitar aksiyaları dəstəkləmək niyyətindədir”.
MİA.AZ
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb