"Qarabağ" "Zirə" ilə üç hissədən ibarət oyunda sülhə razılaşıb

img

14-01-2021 [18:27]


Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" və "Zirə" komandaları yoldaşlıq görüşündə üz-üzə gəliblər.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma üç hissədən ibarət olub. Birinci və üçüncü hissələr 45 dəqiqə, ikinci yarı isə 30 dəqiqə çəkib.

Matç 3:3 hesablı bərabərliklə bitib

Görüşdə ilk iki qolu "Zirə" vurub. Klesio Bauk 4 və 41-ci dəqiqələrdə fərqlənib. Paytaxt klubu fasiləyə öndə yollanıb.

İkinci hissədə "Qarabağ" 3 qol vurub. 50-ci dəqiqədə Filib Ozobiç, 61-ci dəqiqə Mahir Emreli, 66-cı dəqiqə isə Abdullah Zubir topu rəqib qapıdan keçirib.

Üçüncü hissənin 95-ci dəqiqəsində Sərtan Taşkın bərabərlik qoluna imza atıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR