OPEC: 2021-ci ildə Azərbaycanda xam neftin hasilatı 730 min barel olacaq

img

14-01-2021 [17:56]


Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci ilin dekabr ayında Azərbaycanda maye karbohidrogen hasilatı sutkada orta hesabla 20 min barel artaraq 710 min barel təşkil edib.

OPEC-in yanvar ayı üzrə hesabatında bildirilir ki, bu həcmlərə gündəlik olaraq 590 min barel xam neft və 120 min barel kondensat daxildir.

Hesabata əsasən, “Şahdəniz" yatağından kondensatın hasilatı rekord səviyyəyə çatıb və gündəlik olaraq 123 min barel təşkil edib. Proqnoza əsasən, bu yataqdan hasilat daha da artacaq.

Proqnoza görə, Azərbaycanda 2020-ci ildə maye karbohidrogen istehsalı 60 min barel azalaraq 730 min barelə çatacaq. 2021-ci ildə isə hasilat dəyişməz qalacaq və gündəlik olaraq 730 min barel səviyyəsində olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR