Mədəniyyət Nazirliyində ekspert qrupu yaradılıb
14-01-2021 [17:39]
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı növbəti onlayn iclas keçirilib.
Mədəniyyət nazirliyindən Mia.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan mədəniyyət naziri Anar Kərimov Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar nazirliyin daxilində mütəxəssislərdən ibarət ekspert qrupu yaradılıb.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qeyd edib ki, ekspert qrupunun tərkibinə müxtəlif dövlət qurumlarının nümayəndələri, elm adamları, muzey mütəxəssisləri yer alıb. Artıq ekspert qrupunun ilk iclası gerçəkləşib.
Sonra Zəfər muzeyinin məzmununun müəllifi, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov muzeyin məzmunu, bölmələri, nümayiş olunacaq əşyalar və s. haqqında ətraflı məlumat verib. Bildirib ki, muzeyin məzmunu beynəlxalq müasir təcrübə əsasında hazırlanıb.
Daha sonra onlayn iclas ekspert qrupu üzvlərinin müzakirə və fikir mübadiləsi ilə davam edib.
Mədəniyyət naziri Anar Kərimov Zəfər muzeyində “Böyük Qayıdış” layihəsinin təqdim olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, muzey daha çox xalqımızın qəhrəmanlıq tarixini əks etdirən konsepsiya üzrə hazırlanmalı və təqdim edilən məlumatlar mütəmadi yenilənməlidir.
İclasda ekspert qrupunun üzvləri – Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan İstiqlal Muzeyinin direktoru vəzifəsini icra edən Sədi Mirseyibli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi – Şuşa şəhəri üzrə nümayəndə Zahid Abbasov, tarixçi Fuad Axundov, “Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli, dünya şöhrətli fotoqraf Rza Diqqəti və başqalarının fikirləri dinlənilib.
Çıxışlarda Zəfər muzeyinin ilkin məzmunun uğurlu alındığı və təqdimatda daha çox müasir innovativ üsullara üstünlük verilməli olduğu qeyd edilib. Həmçinin ekspertlər tərəfindən muzeylə bağlı qeyd edilən təkliflərin nəzərə alınacağı və görülən işlərin davam etdiriləcəyi vurğulanıb.
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib