Avşar kənd sakini narkotiklə tutuldu

img

14-01-2021 [14:49]


Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Quliyev 4 qrama yaxın metamfetamini satarkən saxlanılıb.

Davam etdirilən araşdırmalarla onun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan müxtəlif qablaşdırmalarda ümumi çəkisi 1 kq 815 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.


Digər xəbərlər
SON XƏBƏRLƏR