Gəncədə müəllimi 400 manat cərimə ediblər

img

14-01-2021 [10:45]


Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində fərdi yaşayış evlərinin birində gizli şəkildə fəaliyyət göstərən repetitor kursu aşkarlayıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, dərhal polis əməkdaşları tərəfindən şəhər sakini Aqil Muxtarovun təşkil etdiyi hazırlıq məşğələsi dayandırılıb, oradakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

A.Muxtarov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək 400 manat miqdarında cərimə tətbiq edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA