İcra Hakimiyyətinin başçısı şəhər ərazisində görülən işlərlə yerində tanış olub - FOTOLAR

img

14-01-2021 [10:12]


2020-ci ildə geniş vüsət alan abadlıq-quruculuq işlərinə 2021-ci ildə daha böyük sürətlə start verilib. İlin ilk günlərindən görülən abadlıq işləri onu deməyə əsas verir ki, bu il Şirvan şəhəri üçün uğurlu və yaddaqalan olacaq.

İH-dən Mia.az-a verilən məlumata görə, bu gün şəhər ərazisində görülən işlərlə yerində tanış olmaq məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov aidiyyəti qrumların rəhbərləri ilə birlikdə abadlıq-quruculuq işləri gedən ərazilərdə olmuş, müvafiq tapşırıqlarını vermişdir.

Öncə Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında davam edən geniş tikinti-quruculuq işləri ilə tanış olan şəhər rəhbərliyi daha sonra Heydər Əliyev prospektinə paralel köməkçi yolun asfaltlanması və piyada səkilərinin salınması işlərinin gedişi ilə maraqlanmışdır.

Sonda İcra başçısı aidiyyəti qrumların rəhbərləri ilə Şəhidlər Xiyabanına gəlmiş, görülən təmir, bərpa və yenidənqurma işlərinə baxış keçirmişdir. Tikinti-abadlıq və səliqə-sahman işləri ilə bağlı müvafiq tövsiyələrini vermiş, şəhər sakinlərinin müqəddəs şəhidlərimizi mütəmadi ziyarətini təmin etmək məqsədilə görülən işlərin yüksək keyfiyyətlə yaxın zamanlarda başa çatdırılması ilə bağlı tapşırıq vermişdir.

Şirvan şəhərində aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən könül xoşluğu, razılıq hissi ilə qarşılanır. Sakinlər bütün bu işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA