Azərbaycanda Zəfər Günü iş olmayacaq - 27 sentyabr tarixi isə Anım günü kimi qeyd ediləcək

img

12-01-2021 [21:25]


Prezident İlham Əliyev bu gün Əmək Məcəlləsinə dəyişiklikləri də təsdiqləyib.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda 8 noyabr - Zəfər Günü iş günü hesab olunmayan bayram günü olacaq. 

Digər dəyişikliyə görə, fər il sentyabrın 27-si – Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür.

Həmin günü rəsmi iş günü olacaq

Digər xəbərlər
SON XƏBƏRLƏR