Sabahın hava proqnozu açıqlandı

img

12-01-2021 [13:37]


Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə yanvarın 13-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. 

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək. 

Yanvarın 13-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 2-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 13-14-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Yanvarın 13-dən 14-ü səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi 15-18 m/s, arabir 20 m/s-dək, Azərbaycanın bəzi rayonlarında isə arabir 18-23 m/s-dək güclənəcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA