Polis rəisi istefa verməyib - DİN açıqlama yaydı

img

11-01-2021 [18:13]


Bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradovun istefa ərizəsi yazaraq işdən azad olunması ilə bağlı məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bəzi KİV-də yayılan həmin məlumatlar həqiqəti əks etdirmir: "Polis polkovniki Cavid Muradov hazırda Səbail rayon Polis İdarəsinin rəisidir və o, vəzifəsini icra edir. Onun istefa ərizəsi yazması ilə bağlı yayılanlar bəzi jurnalistlərin fərziyyəsindən başqa bir şey deyil".

Qeyd edək ki, polis polkovniki Cavid Muradov bir neçə gün əvvəl həbs edilən "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun oğludur/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA