"Sumqayıt" "Zirə"yə qalib gəldi

img

10-01-2021 [17:57]


Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına hazırlaşan "Zirə" və "Sumqayıt" komandaları yoxlama oyununda üz-üzə gəlib.

Məlumata görə, Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçirilmiş oyun "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:2.

"Sumqayıt"ın ilk iki qolunu 7-ci və 37-ci dəqiqələrdə Cavid İmamverdiyev, sonuncusunu isə kapitan Vurğun Hüseynov vurub. "Zirə"dən isə 36-cı dəqiqədə Davit Volkov, 90-cı dəqiqədə yeni transfer Musa Qurbanlı fərqlənib/Report.

Qeyd edək ki, ilin ilk yoxlama oyununda "Neftçi" "Kəpəz"i məğlubiyyətə uğradıb - 1:0.


Digər xəbərlər
SON XƏBƏRLƏR