Kürdə suyun səviyyəsi 3,2 metr qalxıb

img

10-01-2021 [17:42]


Kür çayında suyun səviyyəsi artıb.

Məlumata görə, son günlər Kür çayında suyun səviyyəsinin artımı müşühidə olunur. Bu daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində özünü biruzə verir.

Son iki gündə Kürdə cüzi enmələr olsa da, təkcə son bir ayda çayda suyun səviyyəsi 3,2 metr qalxıb. Nəticədə çayda yaranmış kiçik adalar əriyərək suyun altında qalıb, sahilboyu quraşdırılmış su nasosları tam gücü ilə işləyir.

Əhalinin yay aylarında su sarıdan yaşadığı sıxıntılar aradan qaldırılıb. Hazırda Kür çayında saniyədə 400 kubmetr su sərfi axır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA