Daha bir şəhid dəfn olundu

img

08-01-2021 [19:01]


Vətən müharibəsində şəhid olan Zaqatala sakini dəfn edilib.

Məlumata görə, rayonun Yuxarı Çardaxlar kənd sakini, 1994-cü il təvəllüdlü Ramazanov Vüsal Vahid oğlu Vətən müharibəsinə könüllü yollanıb.

V.Ramazanov sonuncu dəfə oktyabrın 27-də ailəsi ilə telefon əlaqəsi yaradıb. Həmin tarixdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb və itkin kimi qeydiyyata alınıb. Təxminən iki aydan sonra V.Ramazanovun meyiti tapılıb. Onun Xocavəndin “Qırmızı Bazar” qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu məlum olub.

Şəhidin cənazəsi bu gün Zaqatalaya aparılaraq doğulduğu kənddə torpağa tapşırılıb/APA.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA