"Yaxın həftə ərzində qar yağmayacaq” - Azərbaycanda

img

08-01-2021 [16:48]


“Bu ay qış fəslinə uyğun olmayan hava şəraiti müşahidə olunur. Şaxtalı və qarlı günlərin sayı azalır”.

Bu fikirləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmət rəisi bildirib ki, qar prosesləri adətən yanvar və fevral ayına təsadüf etsə də, son zamanlar bu müşahidə olunmur.

U.Tağıyeva vurğulayıb ki, etibarlı proqnozlar yalnız 3-4 günü əhatə edir: “Ona görə də əminliklə deyə bilərəm ki, yaxın həftə ərzində qar yağmayacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA