Bakıda silahlı şəxslər tutulub - Açıqlama

img

08-01-2021 [15:09]


Bakıda silahlı şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Ələsgərlidən “Makarov” markalı tapança, E.Mürşüdovdan “Naqan” tipli tapança, R.İsmayılovdan isə “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 7 ədəd patron və 1 ədəd səsboğucu aşkar edilərək götürülüb.

Faktlarla əlaqədar cinayət işləri başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR